Xəbərlər
AMEA-nın müxbir üzvü M. Babanlının və kimya üzrə fəlsəfə doktoru Z. Əliyevin impakt faktoru 3.224 olan "Scripta Materialia" jurnalında «Mechanical properties of Bi2Te3 topological insulator investigated by density functional theory and nanoindentation» məqaləsi dərc olunmuşdur
Okt 13, 2016 | 12:10 / Mühüm hadisələr
Oxunub 5165 dəfə

Məqalədə ilk dəfə olaraq klassik termoelektrik materialı və son illər topoloji izolyator kimi ən aktiv öyrənilən Bi2Te3  monokristallarının elastiklik sabiti Cij, sıxlıq funksiya nəzəriyyəsi (DFT) ilə nəzəri olaraq hesablanmışdır. Alınmış nəticələr Bi2Te3-nin sıthinin həmin səthə paralel və perpendikulyar istiqamətdə mexaniki  davamlılığı nanoidentasiya metodu ilə təsdiq edilmişdir. Nanoidentasiya modulu müəyyən edilmiş və nəzəri yolla hhesablanmış ilə müqayisə edilmiş, onların arasında uyğunluq aşkar edilmişdir. Həmşinin müəyyən edilmişdir ki, ümumiləşdirilmiş Perdew-Burke-Ernzerhof uyğunlaşması mexaniki təsirə məruz qalan səthi səthə perpendikulyar istiqamətdə olan eksperimental nəticələri daha yaxşı əks etdirir və həmin səthə paralel istiqamətdə nanodavamlılığın yaranması nəzəri və eksperimental nəticələr arasında ziddiyətlərə səbəb olur. 

"Mechanical properties of Bi2Te3 topological insulator investigated by density functional theory and nanoindentation" C. Lamuta, D. Campi , A. Cupolillo, Z.S. Aliev, M.B. Babanly, E.V. Chulkov, A. Politano, L. Pagnotta . Scripta Materialia 121 (2016) 50–55

JURNALLAR
Faydalı linklər