Xəbərlər
Foto
AMEA Yüksək Texnologiyalar Parkına baş direktor təyin edilib
Fev 05, 2021 | 18:58 / Mühüm hadisələr
Oxunub 1420 dəfə

AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) baş direktoru vəzifəsinə təyinat olub.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamı ilə YT Parkın baş direktoru vəzifəsinə texnika elmləri doktru, professor Əbülfəz Babayev təyin edilib.

AMEA-nın birinci vitse-prezidenti, akademik Dilqəm Tağıyev baş direktoru kollektivə təqdim edib. O, professor Əbülfəz Babayevi bu təyinat münasibətilə təbrik edib. Bildirib ki, uzun müddət sənayenin müxtəlif sahələrində çalışan və geniş təcrübəyə malik olan tanınmış kimyaçı alim Əbülfəz Babayevin YT Parka baş direktor seçilməsi texnoparkda aparılan işlərin daha da sürətlənməsinə, qurumun fəaliyyətinin səmərəliliyinin artırılmasına imkan verəcək.

Akademik Əbülfəz Babayevin öz zəngin idarəçilik təcrübəsi ilə bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə və texnoparkın inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib, professora fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Ə.Babayev ABŞ Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Beynəlxalq Mühəndislər Akademiyasının həqiqi üzvü, eləcə də Azərbaycan Mühəndislər Akademiyasının həqiqi üzvüdür. Alim 329 elmi əsər, 105 elmi ixtira və patent, 10 dərslik, 8 metodik vəsait və 2  monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi altında 6 fəlsəfə, 1 elmlər doktoru dissertasiyası yerinə yetirilib.

JURNALLAR
Faydalı linklər