Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi Şurasının iclasında 5 illik iş planları qəbul edilib.
Fev 05, 2021 | 15:00 / Konfranslar, iclaslar
Oxunub 2067 dəfə

05 fevral 2021-ci il tarixində Kataliz və Qeyri – üzvi Kimya Institutunda Elmi Şuranın iclası  keçirilmişdir. İclasın gündəliyinə Institutun 2021-2025-ci illər üçün  elmi-tedqiqat işlərinin planının miizakirəsi, 27 yanvar 2021-ci ildə keçirilmiş  doktorant ve dissertantların attestasiyasının nəticələrinnin müzakirəsi və müsabiqə məsələləri daxil edilmişdir.

 İclası açıq elan edən AMEA-nın vitse-prezidenti, İnstitutun direktoru akademik Dilqəm Tağıyev bildirdi ki, koronovirus pandemiyasının törətdiyi çətinliklərə baxmayaraq institutda və bütövlükdə kimya elmləri bölməsinə daxil olan institutlarda ötən ildə mühüm elmi nəticələr əldə edilmiş, beynəlxalq indekslənmə və xülasələndirmə bazalarında indeksləşən jurnallarda yüzdən çox məqalə çap edilmiş, patentlər alınmış və ölkə iqtisadiyyatına tövhə verən 10 iş tətbiq edilmişdir. Lakin qeyd olunanlarla kifayətlənmək olmaz və bu istiqamətdə görülən işlər  daha da artırılmalıdır.

Müzakirə olunan məsələdən danışan direktor bildirdi ki, İnstitutun 2021-2025-ci illər üçün elmi – tədqiqat işlərinin planlarında fundamental tədqiqatlarla yanaşı, təqbiqi xarakterli elmi-tədqiqat işləri də, öz əksini tapmalıdır. Elmi- tədqiqat işlərinin səmərəliliyi artırılmalı, ölkə iqtisadiyyatına xeyir verə biləcək işlərə  üstünlük verilməlidir. Bəzi mövzular üzrə aparılan tədqiqat işləri dəyişdirilməli, qlobal elmi çağırışlara, respublika iqtisadiyyatının tələbatına  uyğunlaşdırılmalıdır. Hazırda   AMEA-da ciddi islahatlara artıq start verilib və bu islahatların əsas hədəflərindən biri də iqtisadi tutumlu perspektivli innovativ elmi –tədqiqat işlərinin  genişləndirilməsi və səmərəliliyinin artırılmasıdır.

Qeyd olunan məsələ ətrafında geniş müzakirələr aparıldı və Institutun 2021-2025-ci illər üçün  elmi-tədqiqat işlərinin planı Elimi Şurada təsdiq  olundu.

Sonra gündəlikdə duran digər məsələlər müzakirə edilərək müvafiq qərarlar alındı.

 

JURNALLAR
Faydalı linklər