Xəbərlər
D. Babanlı, Z. Əliyev, S. İmaməliyeva, D. Tağıyevin yüksək impakt faktorlu (3,014)«Journal of Alloys and Compounds» jurnalında «An investigation of the Tl –Te – I system and structure of the Tl5Te2I» məqaləsi çap olunmuşdur
Okt 12, 2016 | 12:45 / Mühüm hadisələr
Oxunub 5141 dəfə

Tl-Te-I sistemində faza tarazlıqları  bütün qatılıq intervalında tarazlıq halında nümunələrin differensial termiki analizi, rentgen faza analizi üsulları ilə tədqiq edilmişdir, Sistemin 300K-də izotermik kəsiyi, likvidus səthinin proyeksiyası və altı izotermik kəsiyinin faza diaqramı qurulmuşdur. Bütün fazaların homogenlik və ilkin kristallaşma  sahələri, o cümlədən non- və monovariant tarazlıqların xarakteri və temperaturu təyin edilmişdir. Tl5Te2I birləşməsinin kristal quruluşu monokristal rentgenoqrafiya üsulu ilə öyrənilmişdir. Müəyyən olunmuşdur ki, bu birləşmə stexiomet tərkibə malik olub  In5Bi3 tipli tetraqonal qəfəsdə kristallaşır: fəza qrupu  I4/mcm, а = 9.001(2); c = 13.291(4) Å.

Dunya M. BabanlyZiya S. AlievSamira Z. ImamaliyevaFco. Javier Zúñiga Gotzon MadariagaDilqam B. Tagiyev. "An investigation of the Tl–Te–I system and crystal structure of the Tl5Te2I" Journal of Alloys and Compounds 688 (2016) 997-1005

JURNALLAR
Faydalı linklər