Xəbərlər
“Elm” qəzetinin yeni sayında maraqlı məqalələr yer alıb
Yan 30, 2021 | 17:17 / Nəşrlər
Oxunub 466 dəfə

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni nömrəsi çapdan çıxıb.

Qəzetin ilk səhifəsində ölkə başçısı İlham Əliyevin Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul etməsini əks etdirən məlumat yer alıb.

Nəşrin növbəti səhifələrində AMEA Rəyasət Heyətinin iclasları, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının yığıncağı, akademiyanın Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinin tədbiri, Fəlsəfə və Sosiologiya İnstitutu ilə Pakistanın Sülh və Diplomatik Araşdırmalar İnstitutu arasında imzalanan saziş və s. məlumatlar oxuculara təqdim olunur.

Bundan əlavə, “Qarabağda tarixi qoruqlar yaradılmalıdır”, “Postmüharibə dövründə fəlsəfi və sosial-siyasi biliklərin analizi”, “Azərbaycana qarşı kartoqrafik-toponimiya müharibəsinin tarixi-coğrafi aspektləri”, “Gənclər işıqlı gələcəyin memarıdır”, “Dostluq yatağı” mehriban qonşuluq və əməkdaşlığın nümunəsi” sərlövhəli məqalələr, nəşrlər, elmi yeniliklər və digər xəbərlərlə də tanış ola bilərsiniz.

12 səhifəlik qəzetdə, o cümlədən rus dilində materiallar öz əksini tapıb.

JURNALLAR
Faydalı linklər