Çin Yerin zondlanması üzrə orbitə növbəti peykini çıxarıb
Yan 29, 2021 | 12:00 / Maraqlı məlumatlar
Yan 29, 2021 | 12:00 / Maraqlı məlumatlar
Oxunub
2098 dəfə
Çin yanvarın 29-da Yerin məsafədən yüksək görüntü ilə zondlanması üçün "Yaogan-31" peykini orbitə çıxarıb.
Peyki orbitə çıxaran "Böyük yürüş-4C" (Long March-4C) raketinin buraxılışı Daxili Monqolustan muxtar bölgəsindəki Ciuçuan buraxılış məntəqəsindən həyata keçirilib. Peyk planlaşdırılan orbitə çatıb.
"Yaogan-31" elektromaqnit mühitin araşdırmaları və digər texnoloji testlər aparacaq.
Qeyd edək ki, bu, "Long March" seriyasından 359-cu raket buraxılışı olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin