Xəbərlər
Plastik maddələrin yeni sintez metodu
Okt 12, 2016 | 12:50 / Maraqlı məlumatlar
Oxunub 4928 dəfə

Hal-hazırda, plastik  maddələrin istehsalında istifadə olunan  neft-kimya məhsulları əhəmiyyətli dərəcədə xərc tələb edir və ətraf mühitə təsir göstərir. İtaliyanın Triest Universitetində Luçiya Gardossinin rəhbərlik etdiyi işçi qrupu enzim-kataliz polikondensasiya  ilə yenidən istifadə oluna bilən poliefirlər almışlar. Şəkərin mikrob fermentasiyası ilə alına bilən biotərkibli monomerlər seçilmişdir. Enzimlərdən, biodeqradasiyaya məruz qalan zulallardan istifadə edilmişdir. Tədqiqata biomonomerlərinin istifadəsi daxildir və yaşıl kimya bu prosesin bütün aspektlərində tədbiq oluna bilər.

JURNALLAR
Faydalı linklər