Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutu Qarabağ Dirçəliş Fonduna ianə edib
Yan 18, 2021 | 17:53 / Mühüm hadisələr
Oxunub 2217 dəfə

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Həmkarlar təşkilatı Qarabağ Dirçəliş Fonduna  2 min manat məbləğində vəsait köçürüb.

Qeyd edək ki, Qarabağ Dirçəliş Fondu ölkə başçısının 4 yanvar 2021-ci il tarixli Fərmanı ilə yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsidir.

Qeyd edək ki, cəmiyyətdə cərəyan edən ictimai-sosial proseslərə həmişə həssas yanaşan Kataliz və Qeyri- üzvi Kimya İnstitutunun rəhbərliyi və kollektivi bundan öncə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 36450 manat ianə etmiş, eləcədə Vətən müharibəsi dövründə cəbhənin müxtəlif istiqamətlərində döyüşən əsgərlərimizə 10500 manat həcmində isti geyim və digər zəruri vasitələr göndərmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fonduna 1000 manat vəsait köçürmüşdür.

JURNALLAR
Faydalı linklər