Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutu “YAŞAT” Fonduna ianə edib
Yan 08, 2021 | 10:00 / Mühüm hadisələr
Oxunub 1518 dəfə

AMEA-nın  Kataliz və Qeyri-üzvi Kimy İnstitutuAzərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fonduna 1000 manat məbləğində ianə edib. Qeyd edək ki, “YAŞAT” Fondu ölkə başçısı cənab İlham Əliyevin 8 dekabr tarixli Fərmanı ilə yaradılmışdır. Fond Vətən müharibəsi şəhidlərinin ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. məqsədilə yaradılmışdır. Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, eləcədə ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi ianələr, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

Qeyd edək ki, cəmiyyətdə cərəyan edən ictimai-sosial proseslərə həmişə həssas yanaşan  Kataliz və Qeyri- üzvi Kimya İnstitutunun rəhbərliyi və kollektivi bundan öncə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 36450 manat ianə etmiş, eləcədə Vətən müharibəsi dövründə  cəbhənin müxtəlif istiqamətlərində döyüşən əsgərlərimizə 10500 manat həcmində isti geyim və digər zəruri vasitələr göndərmişdir.

JURNALLAR
Faydalı linklər