Xəbərlər
Koronavirusda dadbilmə itdikdən sonra yanlış müalicələr
Yan 07, 2021 | 10:00 / Maraqlı məlumatlar
Oxunub 1741 dəfə

Koronavirusa yoluxduqdan sonra qoxu və dadbilmə hissi dəyişə, yaxud yox ola bilər. Onları bərpa etmək üçün spirt, xardal və ya istiot istifadə etməməlisiniz.

RBK-nın məlumatına görə, bu barədə Rusiyada yüksək kateqoriyalı lor həkim, tibb elmləri namizədi, LOR klinikanın rəhbəri Vladimir Zaytsev xəbərdarlıq edib. 

“Bəziləri spirt, xardal, istiot istifadə edirlər, dili ovuşdurmağa çalışırlar. Bu yalnız selikli qişanı qıcıqlandırır, iltihablandırır”, - deyə o bildirib.

Həkimin sözlərinə görə, əksinə, pəhriz saxlamaq və yeməyə kəskin ədviyyatlar əlavə etməmək lazımdır.

Həmçinin, ödem əleyhinə preparatlar da kömək edir.

“Dad reseptorları ödemin təsirindən uzaqlaşır, normal işləməyə başlayır”, -  deyə Zaytsev izah edib.

Həkimlər COVID-19-dan sonra qalıcı qoxu və dad itkisi riskinin olduğunu bildirirlər.

Digər rusiyalı mütəxəssis, həkim-otolaringoloq İvan Leskov isə dadbilməni B, B1, B6 vitaminləri və həmçinin, tərkibində piridoksin hidroxlorid olan preparatlarla daha sürətli bərpa etməyin mümkünlüyünü vurğulayıb.

“Dadın heç vaxt qayıtmayacağı şansı da var. Bu vəziyyətdə iki həkimlə əlaqə saxlamalısınız: otorinolaringoloq (çünki iltihab qala bilər) və nevroloq. Ola bilsin ki, nevroloq vitaminlərdən əlavə, bəzi dərmanlar da tövsiyə edəcək”, - deyə həkim xəbərdarlıq edib.

Onun sözlərinə görə, koronavirus “qan damarlarını vurur” və dad-qoxu hissinin itməsi əsəb xəstəliklərinin ilk simptomu ola bilər.

JURNALLAR
Faydalı linklər