Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun sosial-humanitar fəaliyyəti
Dek 30, 2020 | 11:30 / Mühüm hadisələr
Oxunub 2970 dəfə

Azərbaycan Respublikasının Prezidenti, müzəffər ali baş komandan İlham Əliyev və onun rəhbərliyi altında rəşadətli ordumuz sentyabr ayında başlayan 2-ci Qarabağ müharibəsində öz gücünü, şücaətini bütün dünyaya tanıtdı. Azərbaycan qalib ölkə kimi müharibəni bitirdi. Bu 44 günlük müharibə ərəfəsində Azərbaycan xalqı yumruq kimi birləşib ordusuna, igid oğullarına əllərindən gələn yardımı əsirgəmədi. Həm virtual müharibə, həm də real müharibə gedişində qəlbində Azərbaycan sevgisi olan  hər bir Azərbaycan vətəndaşı vətənə müdafiə əzmini göstərdi.

Bu yolda hər kəslə birgə AMEA-nın M.Nağıyev adına "Kataliz və Qeyri-üzvi Kimya İnstitutu"nun əməkdaşları da yürüdü. Müəssisənin əməkdaşı Bəhmənli Manaf Bəhmən oğlu müharibənin ilk günlərində şəhidlik zirvəsinə ucaldı. Şəhidin əmanət qalan ailəsinə həm mənəvi, həm maddi dəstək olaraq  2500 manat məbləğində maddi yardım göstərildi. Bununla yanaşı  müəssisədə şəhidə həsr olunmuş, güllərlə bəzədilmiş guşə yaradıldı. Şəhidiylə yanaşı əməkdaşlar orduya yardım məqsədilə pul toplamış və "Silahlı Qüvvələrə Yardım Fondu" na köçürmüşdü.

Karantin müddətində 8 əlil ailəsinə ümumilikdə 500  manat məbləğində ərzaq yardımı göstərən institut əməkdaşları qələbəmizlə möhürlənən müharibədən sonra belə öz əsgərlərini, vətənin igid oğullarını unutmamışdır. Belə ki, yenidən Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il günü münasibətilə soyuq qış günlərində vətənin keşiyində dayanan əsgərlərimizə 1000 manat dəyərində sovqat göndərildi. Vətən uğrunda canından keçən şəhidlərimizi və qazilərimizi də unutmamış, bir neçə əməkdaş toplaşaraq 2-ci Fəxri Xiyabanda yatan igid oğullarımızın məzarlarını ziyarət etmiş, eyni zamanda bir qazimizin hesabına göz əməliyyatı üçün 100 manat pul köçürmüşlər.

"Kataliz və Qeyri-üzvi Kimya İnstitutu" nun yardımsevər əməkdaşları bununla kifayətlənməyəcək, imkan daxilində öz maddi və mənəvi yardımını istər ordumuzdan, istər şəhid, qazi, əlil ailələrindən əsla əsirgəməyəcək. Bu xeyirxah yolda addımlayan hər bir kəsə ALLAH kömək olsun!

 

JURNALLAR
Faydalı linklər