Xəbərlər
Apple 32 nüvəli prosessor buraxacaq
Dek 21, 2020 | 11:15 / Maraqlı məlumatlar
Oxunub 2263 dəfə

"Apple" şirkəti 2021-ci ildə kompüterlər üçün bir sıra yeni prosessorlar buraxacaq.

Bu barədə " Bloomberg" agentliyi mənbələrə istinadən bildirib.

Məlumata əsasən, 2022-ci ilin əvvəlində şirkət öz istehsal etdiyi yeni 32 nüvəli prosessora əsaslanan peşəkar "Mac Pro" kompüterini buraxacaq.

 

Müvafiq çipin 2021-ci ilin sonunda elan edilməsi planlaşdırılır. "Apple" mühəndisləri MacBook Pro üçün nəzərdə tutulan 16 və 32 nüvəli prosessorların yaradılması üzərində də çalışırlar.

JURNALLAR
Faydalı linklər