Xəbərlər
Foto
Elmi Şuranın növbəti iclası keçirilmişdir
Okt 06, 2016 | 10:00 / Konfranslar, iclaslar
Oxunub 7763 dəfə

Bu gün AMEA Kataliz və Qeyti-üzvi Kimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilmişdir.İclası AMEA Kimya Elmləri Bölməsinin akademik katibi, İnstitutun direktoru, akademik Dilqəm Tağıyev acdı.Akademik gündəlikdə duran məsələlərlə Elmi Şuranın üzvlərini tanış etdi.İlk məsələ İnstitutun “Qeyri-üzvi Kimya” ixtisası üzrə magistraturasına bu il qəbul olunan magistrlərin fərdi iş planları və elmi rəhbərlərinin təsdiqi oldu.Akademik Dilqəm Tağyev bildirdi ki, keçən il olduğu kimi, bu il də, İnstitutun magistraturasına qəbul olunanlar yüksəkbal toplamış gənclərdir. Sonra ARDNŞ-nin Elm Fondunun maliyyələşdirdiyi və başa çatan layihələrin hesabatı dinlənildi. Layihə rəhbərləri AMEA-nın müxbir üzvləri, professor Ə.Məcidov, professor M.Babanlı, professor Q.Kəlbəliyev və k.ü.e.d.,professor G.Süleymanov, k.ü.e.d. L.Həsənova həyata keçirdikləri layihələr barəsində, layihə çərçivəsində aparılan elmi-tədqiqat işlərinin nəticələrini özündə əks etdirən və nəşr olunan elmi əsərlər barəsində məruzə etdilər.Məruzələr ətrafında geniş müzakirələr aparıldı və hesabatların hazırlanaraq Kimya Elmləri Bölməsinə təqdim olunması barədə qərar qəbul olundu.Sonda akademik Dilqəm Tağıyev İnstitutun 80 illiyinə hazırlıqla bağlı görülən işlərindən danışdı.Akademik bildirdi ki, institutun 80 illiyinə həsr olunacaq konfransın noyabrın 15-16-da keçiriləcəyi nəzərdə tutulmuşdur və hazırlıqla bağlı işlərin hamısı vaxtında həyata keçirilmişdir. 

JURNALLAR
Faydalı linklər