Xəbərlər
Foto
AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
Dek 10, 2020 | 19:00 / Konfranslar, iclaslar
Oxunub 3839 dəfə

Əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi yad edilib.Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, İnstitutun direktoru akademik Dilqəm Tağıyev bildirib ki, müstəqil Azərbaycan dövlətinin memarı ulu öndər Heydər Əliyevin adı xalqımızın yaddaşına əbədi həkk olunub. Bütün ömrünü Azərbaycan xalqının firavan həyatına, dövlətimizin möhkəmlənməsinə həsr edən Ümummilli Liderimiz öz əməli, fəaliyyəti, dövlətimiz qarşısındakı əvəzsiz xidmətləri ilə əsl dövlət xadimi, dahi şəxsiyyət, vətənini, xalqını sevən əsl vətəndaş olduğunu sübuta yetirib. Akademik qeyd edib ki, ümummilli lider Heydər Əliyev qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb proseslərin içərisindən uğurla çıxararaq parçalanmaqdan qorudu, müstəqil respublikamıza həm bölgədə, həm də dünyada layiqli yer və böyük nüfuz qazandırdı. Ölkəmizdə qazanılan bütün nailiyyətlər Heydər Əliyev siyasətinin bəhrəsidir. Azərbaycan Ümummilli Liderin ideyalarının işığında sürətlə inkişaf edir, ölkəmizin beynəlxalq aləmdə nüfuzu getdikcə artır.

Ulu Öndərin siyasi kursunu qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan bu gün yeni-yeni uğurlara imza atır. Belə uğurlardan biri də,  Ali Baş Komandannı rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun düşmən üzərindəki qələbəsidir. 10 illiklərlə davam edən  qanlı münaqişəyə, məkrli çevrələrin dəstəyi, faşist, terrorist Ermənistanın əli ilə başladılmış, alovlandırılmış Qarabağ münaqişəsinə cəmi 44 gün ərzində son qoyuldu. Cəmi 44 günlük qəhrəmanlıq dastanı ilə yağı, murdar düşmənin və onun qanlı havadarlarını kürəyi yerə vuruldu, təslim edildi! Həm hərb meydanında, həm də diplomatiya meydanında. Ali Baş Komandana və Azərbaycan Ordusuna bizə bəxş edilən  bu Qələbə üçün  minnətdarıq.

Daha sonra İnstitut Elmi İçlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı və başqaları Ulu Öndərin elm və təhsil strategiyası, gənclər siyasəti, azərbaycançılıq ideyası, neft strategiyası, eləcədə elm və incəsənət xadimlərinə qayğısından, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər azərbaycan Ordusunun qələbəsindən danışdılar. 

Tədbir sərtləşdirilmiş karantin rejiminin tələbləri gözlənilməklə keçirilmişdir.

JURNALLAR
Faydalı linklər