Xəbərlər
Foto
KQKİ-nin dissertantlarının Neft-Kimya Prosesləri İnstitutunda minimum imtahanı keçirilir
Dek 04, 2020 | 12:00 / Təhsil
Oxunub 2649 dəfə

Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda fəlsəfə və elmlər doktoru hazırlığı üzrə təhsil alan dissertant və doktorantların neft kimyası, kimya texnologiyası və mühəndisliyi, neft-qaz-daş kömür emalı və texnologiyası, qaz emalı proseslərinin kimyası və texnologiyası, kimya və texnikanın əsasları ixtisasları üzrə minimum imtahanlarına başlanılıb.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, artıq iki gündür imtahanlar davam edir. Minimum imtahanları, həmçinin dekabrın 3, 4, və 17-də keçiriləcək. İmtahanda göstərilən ixtisaslar üzrə cəmi 38 nəfər iştirak edəcək. İmtahan hər gün iki növbədə və hər növbədə 5 nəfər olmaqla karantin qaydalarına riayət edilməklə keçiriləcək.

JURNALLAR
Faydalı linklər