Xəbərlər
ÜST qoruyucu maskalar barədə tövsiyələrini yeniləyib
Dek 02, 2020 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 2086 dəfə

ÜST-nin Cenevrədə dərc olunmuş rəhbər tövsiyələrinə əsasən infeksiyanın yayılma ocaqlarının ola biləcəyi ictimai yerlərdə - həm örtülü məkanlarda (mağaza, iş yerləri, məktəblər və s.), həm də bir metrlik fiziki məsafə saxlamağın mümkün olmadığı digər yerlərdə qeyri-tibbi maskaların taxılması vacibdir. Havalanmanın məhdud olduğu yerlərdə distansiya imkanlarından asılı olmayaraq hər zaman maska taxılmalıdır.

Qaydalar 12 yaşdan yuxarı hər kəsə şamil edilir. 6-11 yaşarası uşaqlara qoruyucu maskanı vəziyyətdən asılı olaraq taxmaq məsləhət görülür. Beş yaşadək uşaqların isə ümumiyyətlə maskadan istifadə etməsi tövsiyə olunmur.

Qeyd edək ki, pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, dünya üzrə indiyədək koronavirusa yoluxanların sayı 64 milyon 343 min 814 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 1 milyon 490 min 144 nəfərə çatıb. Eyni zamanda, 44 milyon 616 min 262 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 18 milyon 237 min 408 xəstədən 106 min nəfərin vəziyyəti ağır qiymətləndirilir.

JURNALLAR
Faydalı linklər