Xəbərlər
Süni intellekt COVID-19-u öskürək səsindən müəyyən edəcək
Noy 30, 2020 | 11:02 / Maraqlı məlumatlar
Oxunub 2212 dəfə

ABŞ alimləri koronavirusa (COVID-19) yoluxma hallarını aşkar etmək üçün yeni model hazırlayıblar. Massachusetts Texnologiya İnstitutunun (MIT) mütəxəssislərinin açıqlamasına görə, simptomu olmayan insanlar daha az test olunur və başqalarını infeksiyaya yoluxdura bilirlər.

Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir ki, MIT mütəxəssisləri asimptomatik insanların sağlam insanlara nisbətən fərqli öskürək üsullarına sahib olduğunu kəşf ediblər. Bu fərqi insan qulağı ilə ayırd etmək mümkün olmasa da, süni intellekt ilə aşkarlamağın mümkünlüyünü tapıblar. 

Alimlər süni intellekt modelini insanlar tərəfindən könüllü olaraq göndərilən on minlərlə öskürək səsi və sözlü səs nümunələri üzərində öyrədiblər. Bu təlimdən sonra öskürək qeydləri ilə zənginləşdirilmiş süni intellekt modeli COVID-19 olduğu təsdiqlənən insanların 98,5 faizini, asimptomatik xəstələrin 100 faizini düzgün müəyyən edib. 

Bu üsul təsdiqini taparsa, onun bir çox yerlərdə istifadə edilməsi nəzərdə tutulub. Simptomları olmayan insanlar bu modeli pulsuz, faydalı yoxlama vasitəsi kimi istifadə edə biləcəklər. İstifadəçilər hər gün və hər saat telefonundakı tətbiqə və ya bir müəssisənin girişinə qoyulacaq cihaza öskürərək koronavirusa yoluxub-yoluxmadığını həmin anda öyrənə biləcəklər.

JURNALLAR
Faydalı linklər