Xəbərlər
Koronavirusun başlanğıc əlamətləri – BUNLARI BİLMƏLİSİNİZ!
Noy 27, 2020 | 16:00 / Maraqlı məlumatlar
Oxunub 1589 dəfə

Gözləriniz qızarıb, qaşınırsa COVİD-19-un başlanğıc əlaməti ola bilər. Bunu tibbi ekspert, professor Adil Qeybulla Bizim.Media-ya müsahibəsində deyib.

Bildirib ki, özlərində konyuktivit (gözün qızarması, qaşınması), quru öskürək, boğaz qıcıqlanması, quru qızdırma, halsızlıq, ümumi zəiflik, nəfəsalmanın çətinləşməsi, reseptor aktivliyin (dadbilmə, qoxubilmə) itməsi kimi hər hansı bir əlamət hiss edənlər dərhal həkimə müraciət etsinlər: 

“Xəstələrin ilk müraciət edəcəyi ünvan sahə həkimi və təcili tibbi yardıma zəng vurmaqdır. Pasiyentlərə yaxma və ya qan analizi ilə yanaşı mütləq döş qəfəsinin, ağciyərlərin kompüter tomoqrafiyası olunmalıdır”.

Ekspert qeyd edir ki, adətən COVİD-19-da burun axması, asqırma, hıçqırma, bəlğəmli öskürək kimi əlamətlər olmur.

İnfeksionist Azər Nağıyev Bizim.Media-ya müsahibəsində bildirib ki, koronavirus xəstələri həkimə çatana qədər onlara ilk yardım olaraq, hərarət varsa, parasetamol kimi qızdırma əleyhinə preparatlar və ya ağrıkəsici vermək olar.

Digər müalicə üsullarından özbaşına istifadə etmək olmaz. Antibiotiklərdən həkimsiz istlfadə ölümlə nəticələnə bilər.

Xəstələrin qida rasionuna gəldikdə ekspert, bunun digər qriplərdəki kimi  olduğunu deyir:

“Qida rasionunda bol mayeli xörəklər, isti, mürəbbəli, limonlu çay, meyvə-tərəvəz, meyvə şirələri olmalıdır. Xəstə insanlar ağır, kolorisi çox, çətin həzm olunan, tez hazırlanan-fastfud qidalardan uzaq durmalıdırlar”.

Həkim xəstələrin mövsümə və havanın hərarətinə uyğun geyinmələrini məsləhət görür:

“Xüsusilə papaq və şərflərlə yuxarı tənəffüs yolları və baş nahiyəsi soyuqdan qorunmalıdır. Çox qalın geyinməkdən çəkinmək lazımdır. Çünki tərləmə və əlavə xəstələnməyə səbəb ola bilər”.

Ekspert xəstə insanların otağının gündə bir neçə dəfə havalandırılmasının vacibliyini vurğulayır.

Qeyd edir ki, havalandırma zamanı xəstə soyuqlamaması üçün həmin vaxt otaqda olmamalıdır.

JURNALLAR
Faydalı linklər