Xəbərlər
"Сорбционные методы очистки природных и сточных вод" adlı kitab işıq üzü görüb
Noy 23, 2020 | 12:50 / Nəşrlər
Oxunub 2377 dəfə

AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev və institutun əməkdaşlarından Əli Yaqubov, Səadət Məmmədova, Elmira Teymurovanın "Сорбционные методы очистки природных и сточных вод" adlı kitabı nəşr edilmişdir.

Monoqrafiyada təbii və tullantı sularının zərərli və bioloji cəhətdən oksidləşməyən üzvi və qeyri-üzvi maddələrdən,  ağır metal ionlarından aktiv kömür, mineral və sintetik materiallarda təmizlənməsində sorbsiya üsullarının üstünlüklərindən bəhs edilir. Eləcə də, monoqrafiyada suyun təkrar istifadəsinə, bunun şəhər su təmizləyici qurğularında tullantı məhsullarının azalmasına təsiri, tullantı sularının təkrar emalında qapalı sistemlərin əsas prinsiplərindən və sorbsiya proseslərində işlənmiş sorbentlərin bərpası texnologiyasına geniş yer verilmişdir.

"Сорбционные методы очистки природных и сточных вод" Дильгам Тагев, Али Ягубов, Саадат Мамедова, Эльмира Теймурова.

Издательство "Элм" 2020. 246 стр.

JURNALLAR
Faydalı linklər