Xəbərlər
Leykemiyanın aşkar olunmayan əlamətləri üzə çıxdı
Noy 23, 2020 | 12:29 / Maraqlı məlumatlar
Oxunub 2177 dəfə

Qan xərçəngindən əziyyət çəkən pasiyentlərdə bir çoxu aşkar edilməyən bəzi simptomlar ortaya çıxa bilər. 

Aztibb.az ria.ru-ya istinadən xəbər verir ki, bu barədə "Leukemia Care" təşkilatı yazıb. 

Xüsusi halda, belə əlamətlərdən biri gecələr tərləmədir. Qeyd edilir ki, məhz həddən artıq tərləmə və qızdırma bu xəstəliyin əlamətlərindəndir. 

Məlumata görə, digər xəbərdarlıq simptomları orqanizmin zəifliyi, yorğunluq, nəfəs darlığı, başgicəllənmə və ürək döyüntüsüdür. Bundan başqa, iddia edilir ki, leykemiya zamanı dəridə kiçik qançırlar, burun qanaxmaları, həmçinin diş əti qanamaları başlaya bilər. 

Leykemiyanın simptomları yaşdan asılı olaraq fərqlənə bilər. Belə ki, 25-dən 54 yaşa qədər xəstələrdə böyük ehtimalla yorğunluq, qançırlar və ya qanaxmalar, infeksiyalara təkrar yoluxmalar, oynaqlarda zəiflik və ya təngnəfəslik, yüksək temperatur və ağrı hissi kimi əlamətlər ortaya çıxacaq. 

Həmçinin 65 yaşdan yuxarı insanlar, daha qocalar tez-tez çəkinin azalması və ya limfa düyünlərinin artımını hiss edirlər.

JURNALLAR
Faydalı linklər