Xəbərlər
Elastik implantat ürəklə bağlı problemləri həll edəcək
Noy 19, 2020 | 12:06 / Maraqlı məlumatlar
Oxunub 2238 dəfə

Ürəyin aritmiyası və digər problemlərin monitorinqi və müalicəsi üçün istifadə edilən kardiostimulyatorlar və başqa implantasiya edilən ürək qurğuları bir sıra çatışmazlıqlara malikdir. 

ABŞ-ın Hyuston Universitetinin mühəndis-mexanik Sunszyan Yunun rəhbərlik etdiyi tədqiqatçılar qrupunun "Nature Electronics"də dərc edilmiş məqaləsində rezin elektronikadan hazırlanmış, eyni anda elektrofizioloji fəallıq, temperatur, ürək döyüntüsü və başqa göstəricilər üzrə məlumatların toplanması üçün birbaşa ürəkdə yerləşdirməyin mümkün olduğu plastır barədə məlumat verilir. 

Universitetin Maşınqayırmanın kafedrasının dosenti S.Yu vurğulayır ki, bioelektronika ürəyin toxumalarına uyğun tamamilə rezin elektron materiallar əsasında hazırlanmış ilk qurğudur. 

Bu qurğu əsasən sərt elektron materiallardan yaradılan əvvəlki ürək implantatlarının məhdudiyyətlərinin öhdəsindən gəlməyə imkan verir.

Daha ətraflı rus bölməsində.

JURNALLAR
Faydalı linklər