Xəbərlər
Mikrodalğalı soba plastik tullantılardan hidrogen almağa kömək etdi.
Noy 18, 2020 | 10:30 / Maraqlı məlumatlar
Oxunub 2613 dəfə

Hər il dünyada təxminən 350 milyon ton müxtəlif plastik materiallar istehsal olunur ki, bunlardan da 200 milyon tondan çoxu qısa müddətdə bərk  məişət tullantılarına çevrilən, işlətmə dövrü  qısa olan  əşyalar və qablaşdırmalardır. Hal-hazırda plastik tullantıların təxminən 10%, əsasən termomexaniki bir üsulla təkrar emal olunur: əvvəlcə çeşidlənir, yuyulur və qurudulur, sonra kiçik hissələrə parçalanır və qızdırılaraq homoğen bir ərinti alınır. Bu üsul çox enerji tələb edir və materialın mexaniki xassələrini pisləşdirir; buna görə də plastiki məhdud sayda təkrar emal etmək olur.

Oksford Universitetindən Peter Edwardsın rəhbərliyi ilə etdiyi İngilis və Çin kimyaçıları, mikrodalğalı şüadan istifadə edərək polietilen və polipropilenin işlənməsinin yeni bir üsulunu təklif etdilər. Alimlər dəmir-alüminium oksid katalizatorundan istifadə edərək mikrodalğalı süanı udan plastik hissələr tez və bərabər şəkildə qızır. Bu isə bütün yan reaksiyaların minimuma endirilməsinə və polimer tullantılarından orada olan hidrogenin 97%-ə qədərinin çıxarılmasına səbəb olur.

Tədqiqatın nəticələri Nature Catalysis jurnalında çap olunub.

JURNALLAR
Faydalı linklər