Xəbərlər
Kimyaçılar lazer texnologiyası üçün keramika hazırladılar
Noy 17, 2020 | 11:17 / Maraqlı məlumatlar
Oxunub 2096 dəfə

Kimyaçılar lazer texnologiyası üçün keramika hazırladılar

Bu məqsədlər üçün beynəlxalq alimlər kollektivi  ittrium oksid nanotozuna  holmium və maqnezium oksid (MgO) əlavə edərək süni keramika yaratdılar.

Onları xüsusi bir texnologiya  ilə qızdıraraq, nəticədə, daxilində heç bir məsamə olmayan və dənənin orta ölçüsü cəmi 200 nanometr olan çox bərk  material aldılar. Bunun  nəticəsində keramika infraqırmızı diapazonda dalğa uzunluğu 2-6 mikrometr olan şüaları 75% buraxır. Alınmış materiallar yüksək mikrobərkliyə (10,7 GPa) malik olub yüksək temperatura davamlıdır.

İnsan gözü üçün təhlükəsiz olan bu cür lazerlər həyatda  bir çox sahələrdə istifadə olunur: avtomobil sənayesindən tibb və kosmik texnologiyalara qədər.

Tədqiqatın nəticələri Ceramics İnternational jurnalında çap edilmişdir.

Daha ətraflı rus bölməsində.

JURNALLAR
Faydalı linklər