Xəbərlər
Koronavirusdan sağalanlarda bu xəstəlik üzə çıxır
Noy 17, 2020 | 10:55 / Maraqlı məlumatlar
Oxunub 2136 dəfə

“Lancet Psychiatry” tibbi jurnalında dərc olunan araşdırmada koronavirus xəstələrinin 20 faizinin sağaldıqdan sonra zehni narahatlıqlar yaşadığı qeyd olunub.

ABŞ-da koronavirus diaqnozu qoyulmuş 62 mindən çox insanın qeydlərini təhlil edən tədqiqatda, diaqnoz qoyulduqdan sonra 90 gün ərzində həmin xəstələrdə narahatlıq, depressiya və yuxusuzluq müşahidə edilib.

Oksford Universitetinin psixiatriya professoru Paul Harrison bildirib ki, insanlar COVID-19-dan sağalanların daha çox zehni sağlamlıq problemi yaşaya biləcəyindən narahatdırlar və araşdırma da bunu təsdiqləyib.

https://www.thelancet.com/journals/lanpsy/article/PIIS2215-0366(20)30435-1/fulltext

JURNALLAR
Faydalı linklər