Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda tarixi Qələbəmizlə bağlı tədbir keçirilmişdir.
Noy 11, 2020 | 19:00 / Konfranslar, iclaslar
Oxunub 3623 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycanın tarixi qələbəsi ilə bağlı tədbir keçirilmişdir. 

Tədbiri AMEA- nın vitse-prezidenti, İnstitutun direktoru, akademik Dilqəm Tağıyev açaraq qeyd etdi ki, bildiyiniz kimi noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə bəyanatla 32 illik münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur etmə əməliyyatları ilə  təslim edildi. 44 günlük İkinci Vətən Müharibəsi Qələbəmizlə başa çatdı. Məlum bəyanatda əksini tapanlar bizim Qələbəmizdir.

Sonra akademik qeyd etdi ki, 32 illik qanlı münaqişəyə, kirli, məkrli çevrələrin dəstəyi, faşist, nasist, terrorist Ermənistanın əli ilə başladılmış, alovlandırılmış Qarabağ münaqişəsinə cəmi 44 gün ərzində son qoyuldu. Cəmi 44 günlük qəhrəmanlıq dastanı ilə yağı, murdar düşmənin və onun qanlı havadarlarını kürəyi yerə vuruldu, rəzil edildi, təslim edildi! Həm hərb meydanında, döyüşdə, həm də diplomatiya meydanında. Azərbaycan igidi kişi kimi döyüşdü. Düşmən kimi, dinc, mülki insanları hədəf almadı. Bunu ancaq və ancaq xəstə, murdar, şərəfsiz düşmən, gözləri qandan doymayan ermənilər cəlladları edə bilərdi.

Akademik bildirdi ki, ikinci Qarabağ savaşına qədər bizi görməyən, görmək istəməyən bütün dünya, beynəlxalq aləm də qarşısında başqa Azərbaycan gördü və görməyə məcbur oldu. Xalqımız cəmi 44 günün içində boynu bükük xalqdan Qalib xalqa çevrildi, qanı, canı ilə dünya hərb tarixində yeni səhifə açdı. Bunların müəllifi, memarı isə Qalib  Ali Baş Komandanımız oldu.

Akademik Dilqəm Tağıyev qeyd etdi ki, Qələbəmizə görə ilk növbədə Ali Baş Komandanımıza minnətdar və borcluyuq. Var olun, cənab Prezidentimiz. Qələbəmizə görə  rəşadətli Azərbaycan Ordusuna borcluyuq. Qələbəmizə görə Şəhidlərimizə borcluyuq, onların ruhu qarşısında  baş əyirik!

Daha sonra tədbirdə çıxış edən institutun Elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı və başqaları qeyd etdilər ki,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi istiqamətində uğurlara imza ataraq 30 ilə yaxındır ki, dərin həsrətlə gözlədiyimiz böyük Qələbə sevincini bizə yaşatdı. Qeyd edildi ki, bu tarixi Qələbə xalqımızın sarsılmaz birliyi, Ordumuzun qüdrəti və  Ali Baş Komandanımızın müdrikliyi sayəsində əldə edildi.

Sonda Institut kollektivi adından ölkə başçısına müraciət qəbul olundu.

JURNALLAR
Faydalı linklər