Xəbərlər
Perm biokatalizatoru suyu turşudan təmizləyəcəkdir
Okt 15, 2020 | 10:44 / Maraqlı məlumatlar
Oxunub 2284 dəfə

Perm Politexnik İnstitutunun kimyaçıları suyu oksalat turşusundan təmizləmək metodunu işləyib hazırladılar. Bu maddə onunla təhlükəlidir ki, yağıntı dövründə düşən zəhərli metalları toplayır. Gələcəkdə turşu insanlarda uroloji və öddaşı xəstəliklərinin əmələ gəlməsinə səbəb olur.

Oksalat turşusunun təsirini neytpallaşdırmaq üçün Perm alimləri onu parçalayan  xüsusi mikroorqanizmlər seçdilər .

Kimyaçılar mikroorqanizmlərin turşunu necə parçalandığını və bu prosesin hansı şəraitdə sürətlə baş verdiyini tədqiq etdilər. Biokatalizatorun effektiv konsentrasiyasını (qatılığını) tapmaq üçün kimyaçılar onu müxtəlif nisbətlərdə oksalat turşusu olan qida məhsullarına əlavə etdilər. Təcrübə 30 °C temperaturda məhlulu davamlı olaraq yüksək sürətlə qarışdırmaqla aparıldı. Nəticə göstərdi ki, əğər məhlulda turşunun konsentrasiyası artırsa, onun parçalanma sürəti də artır. Alimlər eyni zamanda biokatalizatdan təkrar istifadə etməyin mümkünlüyünü də sübut etdilər.

Kimyaçılar mikroorqanizmlərin və biokatalizatorun turşunu necə "məhv etdiyini" müqayisə edərək belə nəticəyə gəldilər ki, ikinci üsul daha effektivdir. Alimlər suyun insanlar üçün təhlükəsizliyini təmin edən yeni texnoloji bir sxem hazırladılar.

https://scientificrussia.ru/articles/permskij-biokatalizator-ochistit-vodu-ot-kisloty

JURNALLAR
Faydalı linklər