Xəbərlər
Şəhidimiz var! Vətən sağ olsun!
Okt 09, 2020 | 11:13 / Mühüm hadisələr
Oxunub 1957 dəfə

İnstitutumuzun əməkdaşı Bəhmənli Manaf Bəhram oğlu 28 sentyabr 2020-ci il tarixində Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Öz mədəniyyəti, səmimiyyəti ilə seçilən belə bir əməkdaşı itirmək hər kəsdə kədər hissi yaratmişdır. Dəfn olunduğu gündən əməkdaşlarımız  onun ailəsini tək qoymamış, dəfnində və yas mərasimində  iştirak etmişlər. Şəhidimizə hörmət əlaməti olaraq İnstitutumuzda guşə yaradılmışdır. Eyni zamanda institutumuz adından maddi yardım toplanmış və ailəsinə təqdim olunmuşdur. Vətən uğrunda canını qurban verən Manafla hər bir əməkdaş qürur duyur. Kolektivimiz onun bizlərə əmanət qoyduğu ailəsini daim diqqətdə saxlayır və saxlayacaqdır. ALLAH RƏHMƏT eləsin! Vətən sağ olsun!

JURNALLAR
Faydalı linklər