Xəbərlər
Qızıl təbəqə yarımkeçirici kristalın simmetriyasını dəyişdirdi.
Okt 06, 2020 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 2278 dəfə

Yorik Universitetindən kimyaçılar və Çindən olan həmkarları ilə birlikdə göstərdilər ki, yarımkeçirici kristal üzərinə metallic qızıl təbəqəsinin çəkilməsi ona unikal elektrik xassəsi verə bilər. Bundan isə sensorlar və çox kiçik cərəyan mənbələrinin yaradılması üçün istifadə etmək olar.

Tədqiqatçılar təcrübələrində kristallar üzərinə qiymətli metalları-qızıl və platini çəkdilər. Bu elementləri alimlər yaxşı termodinamik parametrlərinə görə seçdilər, lakin mis, gümüş və iridium da yaxşı seçim ola bilər. Kristal kimi kimyaçılar stronsium titanat, titan dioksid və silisiumdan istifadə etdilər. Bu materialların heç biri ümumiyyətlə piezoelektrik və ya piroelektrik təsir göstərmir.

Görülən elmi iş haqqında məqalə Nature jurnalında çap olunub.

https://indicator.ru/chemistry-and-materials/sloi-zolota-pomenyal-simmetriyu-poluprovodnikovogo-kristalla-20-08-2020.htm

JURNALLAR
Faydalı linklər