Xəbərlər
İnstitutun əməkdaşlarının "STUDY OF KINETIC REGULARITIES OF ALUNITE DISSOLUTION FROM ALUNITE ORES BY ALKALINE SOLUTION" məqaləsi Impakt Faktoru 2.397 (CA) olan "Metals" jurnalında dərc olunmuşdur.
Sen 24, 2020 | 11:12 / Nəşrlər
Oxunub 2601 dəfə

Alünit filizindən kalium hidroksid  məhlulu ilə alünit mineralının həll olma prosesi tədqiq olunub. Bu zaman filizdəki digər minerallar (dikkit, hematit, kvars) həllolma zamanı dəyişməz qalaraq qalıqda toplanır.Toz həllolma metodu ilə alünit filizindən kaliumlu alünitin həll olması kinetikası 333- 368 K temperaturda və kalium hidroksidin 52.96- 243.8 q/l qatılığında tədqiq edilmişdir. Aparılan tədqiqatlar nəticəsində həllolmanın aktivləşmə enerjisinin 73.14 kC/mol olduğu müəyyənləşmişdir. Həllolma səthdəki kimyəvi reaksiyalarla idarə olunur, KOH-a görə reaksiyanın tərtibi 1.02 edir. Tədqiq edilən prosesin birinci dərəcəli kinetik tənliklə təsvir olduğu göstərilir.

STUDY OF KINETIC REGULARITIES OF ALUNITE DISSOLUTION FROM ALUNITE ORES BY ALKALINE SOLUTION  

A.A.Geydarov, A,A,Guliyeva, L.T.Taghiyeva, G.I.Alishanli, B.A.Alieva  

Metals, IF- CA

JURNALLAR
Faydalı linklər