Xəbərlər
İnstitutumuzun əməkdaşının xarici həmkarlarla birgə "REACTIVE HOT PRESSING ROUTE FOR DENSE ZrB2-SiC AND ZrB2-SiC-CNT ULTRA-HIGH TEMPERATURE CERAMICS." məqaləsi (Impakt Faktoru 4.495 CA) olan "Journal of European Ceramic Society"-də dərc olunmuşdur.
Sen 23, 2020 | 13:15 / Nəşrlər
Oxunub 2455 dəfə
ZrC, B4C və Si arasında “in-situ” baş verən ekzotermik reaksiyalar, yükün sıxlaşmasını sürətləndirir və qeyri-məsaməli ZrB2-SiC ultra-yüksək temperaturlu keramikaları 6 dəqiqə ərzində 1750°C-də bitişməsinə imkan verir.  1830°C və 30 MPa-da işlənib hazırlanmış reaktiv bitişmə yanaşması, 8 hm.%  saxlayan çox divarlı karbon nanoboruları (MW-KNB) ZrB

2-SiC keramika hazırlanmasında uğurla istifadə edilmişdir. Karbon nanoboruları isti presləmə şəraitinə davam gətirdi və bişmiş keramik kompozitlərin tərkibində aydın şəkildə müşahidə edilə bildi. KNB-in əlavə edilməsi, ZrB2-SiC keramik materialının çata qarşı 4.3 MPa-m1/2 olan ölçü göstəricisini 6.8 MPa-m1/2 -yə qədər yüksəltdi.

 

REACTIVE HOT PRESSING ROUTE FOR DENSE ZrB2-SiC AND ZrB2-SiC-CNT ULTRA-HIGH TEMPERATURE CERAMICS. 

Oleksii Popov, Jozef Vleugels, Eldar Zeynalov,Vladimir Vishnyakov. 

Journal of European Ceramic Society IF –CA, 40(15), 5012-5019(2020).

 

 

JURNALLAR
Faydalı linklər