Xəbərlər
İnstitutumuzun əməkdaşının xarici həmkarlarla birgə "Nature of the Dirac gap modulation and surface magnetic interaction in axion antiferromagnetic topological insulator MnBi2Te4" məqaləsi (Impakt Faktoru 4.120 CA) olan Scientific Reports jurnalında dərc olunmuşdur.
Sen 21, 2020 | 11:51 / Nəşrlər
Oxunub 2506 dəfə

MnBi2Te4 aksion antiferromaqnit topoloji izolyatorunun Dirak nöqtəsindəki (DP) aralıq boşluğun modifikasiyası və onun elektron və spin quruluşu lazer həyacanlanmasında müxtəlif temperaturlarda (9-35 K), işıq və enerji polyarlaşmasında bucaq və spin ayırdetməli fotoemission spektroskopiya (ARPES) üdulu ilə araşdırılmışdır. Biz Neel temperasturundan (TN = 24.5 K) yuxarıda ARPES dispersiyalarında DP-də həm böyük (60-70 meV), həm də kiçik (<20 meV) aralıq boşluqlar aşkar etdik. Düşünürük ki, bu, DP üzərindəku aralıq boşluqların açıq qalması xiral spin flüktuasiyaları ilə generasiya olunan ani təsili maqnit sahəsi ilə əlaqədardır. Bu müşahidələr, struktur həyəcanlanmaları və səth nizamlanmaların təsiri ilə Dirak konusunun (DC) vəziyyətinin ikinci Mn layına yer dəyişdirməsi ilə izah edilə bilər. Burada DC-nun vəziyyətinə kompensasiya olunan əks maqnit momentləri təsir edir. Ab-initio hesablamalarından istifadə etməklə müəyyən etdir ki, səthin struktur modifikasiyası DP aralıq boşluğunun əhəmiyyətli dərəcədə modulyasiyasına səbəb ola bilər.

A.M. Shikin, D.A. Estyunin, I.I. Klimovskikh, S. Filnov, E.F. Schwier, S. Kumar, K. Myamoto, T. Okuda, A. Kimura, K. Kuroda, K. Yaji, S. Shin, Y. Takeda, Y. Saitoh, Z. S. Aliev, M. B. Babanly, N. T. Mamedov, I. R. Amiraslanov, M. M. Otrokov, S. V. Eremeev, E. V. Chulkov: Nature of the Dirac gap modulation and surface magnetic interaction in axion antiferromagnetic topological insulator MnBi2Te4. Scientific Reports 10 (2020) 13226 doi.org/10.1038/s41598-020-70089-9 (IF=4.120)

JURNALLAR
Faydalı linklər