Xəbərlər
İnstitutun əməkdaşlarının "Tunable 3D/2D magnetism in the (MnBi2Te4)∙(Bi2Te3)m topological insulators family" məqaləsi Impakt Faktoru (CA) 6.262 olan npj Quantum Materials jurnalında dərc olunmuşdur
Sen 21, 2020 | 11:09 / Nəşrlər
Oxunub 2687 dəfə

Maqnetik topoloji izolyatorlarla (TI) bağlı bir çox yeni fiziki hadisələrin həyata keçirilmə imkanı onların elektron və maqnit quruluşlarını dizayn etmək və effektiv tənzimləmək imkanından əhəmiyyətli dərəcədə asılıdır. İşdə (MnBi2Te4)(Bi2Te3)m, m = 0, ⋯, 6 van der Waals birləşmələrinin homoloji sırasında böyük maqnetik TI ailəsi haqqında məlumat verilir. Bu materialların maqnit, elektron və topoloji xassələri m qiymətindən kəskin asılıdır və buna görə də asan tənzimlənə bilir. Qonşu Mn təbəqələri arasındakı antiferromaqnetik (AFM) əlaqə MnBi2Te4 (m = 0) birləşməsindən MnBi4Te7 (m = 1) və MnBi6Te10 (m = 2)- ə keçdikdə kəskin zəifləyir. m-in daha böyük (m = 3) qiymətində AFM-dən ferromaqnitə (FM) keçid baş verir, bu zaman laylararasıı əlaqə praktiki olaraq itir. Beləliklə, AFMTİ və FMTI halları müvafiq olaraq m = 0, 1, 2 və m = 3 qiymətlərində reallaşdırılır. (MnBi2Te4)(Bi2Te3)m sırasında TI-lərin daxili maqnit fazalarının müxtəlifliyi, topoloji kvant hesablamaları, həmçinin antiferromaqnit və 2D spintronika üçün yeni funksional van der Waals heterostrukturları yaratmağa imkan verir.

I.I. Klimovskikh, M. M. Otrokov, D. Estyunin, S. V. Eremeev, S. O. Filnov, A. Koroleva, E. Shevchenko, V. Voroshnin, I.P. Rusinov, M. Blanco-Rey, M. Hofmann, Z.S. Aliev, M. B. Babanly, I. R. Amiraslanov, N.A. Abdullayev, V.N. Zverev, A. Kimura, O.E.Tereshchenko, K. A. Kokh, L. Petaccia, G. Di Santo, A. Ernst, P. M. Echenique, N. T. Mamedov, A. M. Shikin, E. V. Chulkov. Tunable 3D/2D magnetism in the (MnBi2Te4)∙(Bi2Te3)m topological insulators family. npj Quantum Materials 5 (2020) 54 DOI : 10.1038/s41535-020-00255-9 (IF=6.262)

JURNALLAR
Faydalı linklər