Xəbərlər
İki komponentli kristalların bazası yeni nəsil dərmanların yaradılmasına kömək edəcəkdir
Sen 21, 2020 | 10:47 / Konfranslar, iclaslar
Oxunub 2412 dəfə

Rusiya alimləri son əsrdə nəşr olunmuş elmi əsərlərə əsaslanaraq çox komponentli kristallar haqqında bir-birini tamamlayan iki məlumat bazası yaratdılar. Birinci bazaya ortaq kristallar və onlara daxil olan birləşmələrin ərimə temperaturu və entalpiyası (molekullar arasındakı qarşılıqlı təsir enerjisi) haqqında məlumat daxil olur, ikinci baza isə kristalların bərk haldan qaz halına keçməsinin temperaturu və xüsusiyyətlərinə həsr edilmişdir.

Eyni zamanda tədqiqatçılar, struktura cəhətdən oxşar birləşmələr  haqqında biliyə malik olaraq, belə keçidin xarakteristikasını qabaqcadan xəbər verə bilən alqoritm yaratdılar.

Aparılmış elmi tədqiqatların nəticəsi məqalə şəklində Crystal Growth & Design jurnalında çap olunmuşdur.

https://indicator.ru/chemistry-and-materials/baza-dvukhkomponentnykh-kristallov-pomozhet-sozdat-lekarstva-novogo-pokoleniya-22-08-2020.htm

JURNALLAR
Faydalı linklər