Xəbərlər
Azərbaycanlı alimlərin xarici həmkarlarla birgə məqaləsi yüksək impakt faktorlu (13.7) jurnalda dərc olunub
Sen 18, 2020 | 15:17 / Nəşrlər
Oxunub 1675 dəfə

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, AMEA-nın Fizika İnstitutunun laboratoriya müdiri, professor İmadəddin Əmiraslanov və Azərbaycan Dövlət Neft və Sənaye Unuversitetinin dosenti Ziya Əliyevin  xarici həmkarları ilə birlikdə növbəti məqaləsi impakt faktoru 13.7 olan jurnalda dərc edilib.

Amerika Kimya Cəmiyyətinin “ACS Nano” jurnalında dərc edilən məqalə beynəlxalq müştərək tədqiqatların  nəticəsi olaraq hazırlanıb.

Faza keçidinə malik xalkogenid materiallarında optik və elektrik xassələrinin olduqca kəskin dəyişməsi onlar əsasında müxtəlif yaddaş qurğularının yaradılmasına imkan verir. Məqalədə, spin, zaman və bucaq ayırdetmə fotoemissiya spektroskopiyasının ab-initio hesablamaları kombinə edilməsilə GeSb2Te4 kristalının Dirak semimetalik fazası yaxınlığında topoloji cəhətdən qeyri-trivial olduğunu əks etdirən təcrübi nəticələr təqdim olunur. Fermi səviyyəsini kəsib keçən və GeSb2Te4 fazasında keçiricilik üçün məsul olan xətti-dispersiyalı həcmi Dirak zolaqları bu fazaya üç ölçülü qrafen analoqu kimi baxmağa əsas verir. Bu yeni nəticə, faza keçidli materiallarda ətalətsiz Dirac cərəyanlarını reallaşdırmağa imkan yaradır. Bu materiallar yeni nəsil  yaddaş qurğularının yaradılması üçün potensial baza maddələri hesab olunur.

Topologically non-trivial phase-change compound GeSb2Te4

M. Nurmamat, K. Okamoto, S. Zhu, T. V. Menshchikova, I. P. Rusinov, V. O. Korostelev, K. Miyamoto, T. Okuda, T. Miyashita, X. Wang, Y. Ishida, K. Sumida, E. F. Schwier, M. Ye, Z. S. Aliev, M. B. Babanly, I. R. Amiraslanov, Evgueni V. Chulkov, K. A. Kokh, O. Tereshchenko, K. Shimada, S. Shin, A. Kimura, Topologically non-trivial phase-change compound GeSb2Te4

 ACS Nano 2020 https://doi.org/10.1021/acsnano.0c04145(IF=13.700)

 

JURNALLAR
Faydalı linklər