Xəbərlər
“CHEMICAL PROBLEMS” JURNALI RSCI-də İMPAKT FAKTOR ALMIŞDIR
Sen 18, 2020 | 13:04 / Mühüm hadisələr
Oxunub 2550 dəfə

08 sentyabr 2020-ci il tarixdə Rusiya Elmi İstinadların İndeksləşməsi  (ingiliscə RSCI) bazası 2019-cu il üçün RSCI-yə daxil olan jurnalların impakt faktorunu və 40-dan çox parametr üzrə hər bir jurnalın bibliometrik nəticələrini elan etmişdir.

“Kimya Problemləri” (“Chemical Problems”) jurnalı 2015-ci ildən RSCI bazasına daxil olmuş və 2017-ci ildən bu bazada indeksləşdirilir.2018-ci ildən isə RSCI-nin nüvəsinə daxil olmuşdur. RSCI-nin nüvəsinə REA-nın, MDU, Şərqi Avropa və MDB-nin bəzi nüfuzlu elmi jurnalları daxildir. 2020-ci ildə RSCI-nin elan etdiyi nəticələrə geniş şərh vermədən “Kimya Problemləri” jurnalının RSCI analiz parametrləri üzrə nəticələrini əks etdirən cədvəl təqdim olunur.  (https://www.elibrary.ru/title_profile.asp?id=58063).

RSCI-nin 2020-ci ildə 2019-cu il üçün elan etdiyi jurnalların müqayisəli təhlili ilə aşagıdakı linkdə tanış ola bilərsiniz. RSCI-yə daxil olan Kimya jurnalları sırasında “Kimya Problemləri” jurnalın inkişaf dinamikası aşağıdakı cədvəldə verilmişdir (https://www.elibrary.ru/titles_compare.asp).

Qeyd etmək lazımdır ki, 2018-ci ilə nisbətən 2019-cu ildə “Kimya Problemləri” jurnal 30 pillə irəliləyərək, 77-ci yerdən 47-ci yerə yüksəlmişdir.

 

İllər

RSCI nin nüvəsinə daxil olan jurnalların sayı

Chemical Problems jurnalının bu sırada yeri

İmpakt faktor

2017

83

76

0,103

2018

87

77

0,110

2019

81

47

0,306

JURNALLAR
Faydalı linklər