Xəbərlər
Torf və boz kömür suyu radioaktiv maddələrdən təmizləyə bilir
Sen 18, 2020 | 11:59 / Maraqlı məlumatlar
Oxunub 2380 dəfə

Lomonosov adına Moskva Dövlət Universitetinin və REA-nın Filiz Yataqları Geologiyası, Petroqrafiya, Mineralogiya və Geokimya İnstitutunun tədqiqatçılar qrupu qarşılarına belə bir məqsəd qoydular: Cətin hazırlıq tələb etməyən, istifadəsi ucuz, ətraf mühit üçün təhlükəsiz, uranı udma əmsalı yüksək olan təbii sorbentləri müəyyənləşdirmək. Alimlər mineral və üzvi sorbentlər seçdilər: qlaukonit, seolit, diatomit, torf, şungit, daş və boz kömür. Bütün nümunələrin fiziki xassələri, mineral və kimyəvi  tərkibi öyrənildi. Bundan sonra uran, sezium, stronsium və neptunium radionukleidlərinin sorbsiyası və desorpsiyası ilə bağlı təcrübələr aparıldı. Nəticələr göstərdi ki, uranın maksimum sorbsiyası pH-in neytral qiymətində baş verir, lakin turş və qələvi şəraitdə prosesin intensivliyi azalır. Torf və boz kömür uranla ən güclü  əlaqələr yaradır. Bu isə sorbentlərin səthində çoxlu sayda oksigen saxlayan funksional qrupların varlığı ilə izah olunur.

Bu nəticələr təbii sorbentləri çıxardan bəzi şirkətləri maraqlandırdığı üçün bu tədqiqatla davam etdiriləcəkdir.

Aparılmış elmi işlərin nəticəsi məqalə şəklində də dərc olunmuşdur.

https://www.gazeta.ru/science/news/2020/09/09/n_14916218.shtml

JURNALLAR
Faydalı linklər