Xəbərlər
Yeni alqoritm çoxkomponentli ifrat bərkliyə malik olan maddələrin tapılmasına kömək etdi
Sen 10, 2020 | 13:00 / Maraqlı məlumatlar
Oxunub 2342 dəfə

Bu günə qədər dünya  alimləri , həm maddələrin kristal quruluşları, həm də fiziki-kimyəvi xassələri  haqqında məlumatları əhatə  edən çox sayda məlumat topladılar. Bunun sayəsində əldə edilən məlumatları ümumiləşdirməyə və qeyri-adi xassələrə  malik hələ kəşf edilməmiş maddələri proqnozlaşdırmağa imkan verən alqoritmlər meydana çıxdı.

Belə ki, Rus və Amerika materialşünasları, komponent  sayına  məhdudiyyət qoyulmadan istədikləri xassələrə  malik  olan   stexiometrik  birləşmələri axtarmağa imkan verən bir alqoritm hazırladılar. Modeldən istifadə edərək alimlər ifrat bərkliyə malik birləşmələr tapmağa çalışdılar. Nəticədə yeni  oksidlər və intermetalidlər aşkar etdilər. Alqoritmdən istifadə edərək, istənilən xassəni əldə etmək üçün alınacaq maddələrin tam tərkibini müəyyən etmək imkanına nail oldular.  

Bu tədqiqatların nəticələri  Material Horizons jurnalında dərc edilmişdirdir.

https://nplus1.ru/news/2020/08/27/my-chemical-space

JURNALLAR
Faydalı linklər