Xəbərlər
Alimlər neyronların vahid təsnifatını təklif edirlər
Sen 09, 2020 | 10:00 / Maraqlı məlumatlar
Oxunub 2200 dəfə

Neyronların necə təsnif edilməsi məsələsi, müasir nevrologiyanın yaranmasından bəri geniş müzakirə obyektidir.

Bununla birlikdə, son  20 ildə “İnsan Genomu Proyekti “ çərçivəsində , hüceyrələrin çox sayda identifikasiyasına  və fenotipləşdirilməsinə imkan verən bir çox molekulyar metodlar hazırlanmışdır. Bu metodlar əsasında, bir neçə alimlər  qrupu   beyin qabığındakı hüceyrə növlərini təsnif etmək üçün məlumatlar  toplamağa başladılar.

Bu araşdırmada Columbia Universitetinin (ABŞ) mütəxəssislərinin rəhbərlik etdiyi 74 nəfərdən ibarət  beynəlxalq qrup, kortikal neyronların vahid təsnifatı üçün əsas olaraq tək hüceyrəli  RNT ardıcıllığından  istifadə etməyi təklif etdilər.Bu təklifə Kopenhagen Təsnifatı deyilir.

Aparılan tədqiqatların nəticələri Nature Neuroscience jurnalında çap olunmuşdur.

https://www.nanonewsnet.ru/news/2020/uchenye-predlagayut-edinuyu-klassifikatsiyu-neironov

JURNALLAR
Faydalı linklər