Xəbərlər
Kvars şüşədə Mendeleyevin dövrü sistemini əks etdirdilər.
Sen 01, 2020 | 12:28 / Maraqlı məlumatlar
Oxunub 354 dəfə

Baxmayaraq ki, şüşələr insanlar tərəfindən 5 min  ildir  istifadə olunur, hələ də onların yeni xassələri alimlər tərəfindən kəşf olunmaqdadır.

D.İ.Mendeleyev adına RKT U- nin tədqiqatçıları kvars şüşəsində 3,6 x 2,4mm ölçülü Mendeleyevin dövrü sisteminin görüntüsünü yaratdılar.  Tədqiqatın müəliffləri kvars şüşənin daxilində cütqırılmaya məruz qala bilən nanoqəfəs yaratmaq üçün,  femtosaniyə lazer metodundan istifadə etdilər. Yəni, bu o deməkdir ki, şüa belə periodik quruluşa malik sahədən keçdikdə 2 komponentə ayrılır. Onlar da materialdan müxtəlif sürət və yollarla keçərək sonda birləşirlər. Nəticədə,  şüşənin daxilində interferension  rəng əmələ gəlir.

Rusiya  alimləri tərəfindən edilən yeni  araşdırma , elementlərin  zənginliyi- ni şüşənin qalınlığında həkk olunmuş  Mendeleyevin miniatür dövrü cədvəli şəklində əks etdirilir.  Bu cədvəlin ölçüsü 3,6x2,4 mm olub dırnağın uçunda yerləşdirilə bilər.  Kimyəvi element olan hər qəfəsin ölçüsü 200x200 mikrometrdir.

Alimlər tərəfindən aparılan tədqiqat  işlərinin nəticəsi  Frontiers in Chemistry jurnalının xüsusi buraxılışında dərc edilmişdir.

JURNALLAR
Faydalı linklər