Xəbərlər
İnstitutun əməkdaşlarının "Co-electrodeposition of iron and sulfur in aqueous and non-aqueous electrolytes." məqaləsi Bulgarian Chemical Communications jurnalında ( Scopus bazasına daxildir) dərc olunmuşdur
Avg 31, 2020 | 12:21 / Mühüm hadisələr
Oxunub 2173 dəfə

Tədqiqat işi, sulu və susuz elektrolitlərdən Pt elektrodu üzərində dəmir və kükürdün birgə elektrokimyəvi çökdürülməsinə həsr edilmişdir. Fe və S-ün ayrılıqda çökmə potensial sahəsi və iki komponentli Fe-S nazik təbəqələrinin elektroçökdürülməsi potensiodinamik polyarizasiya əyrilərinin çəkilməsilə müəyyən edilmişdir. Platin səthində davam edən faraday reaksiyalarının mexanizmi geniş potensial oblastında öyrənilmişdir. Potensiostatik və qalvanostatik üsullarla çökən Fe-S nazik təbəqələrinin quruluşu, stexiometriyası və morfologiyası uyğun olaraq SEM, EDXA və rentgen faza analizindən istifadə etməklə təyin edilmişdir. Sulu və susuz elektrolitlərdən əldə edilən nəticələrin müqayisəsi göstərir ki, platin elektrodu üzərində Fe-S-in elektrokimyəvi çökməsi hər iki elektrolitdə geniş potensial intervalında analoji mexanizm ilə gedir. Sulu mühitdə elektrolitin daha yüksək elektrik keçiriciliyi səbəbindən proses daha asan baş verir.

V.A. Majidzade, S.P. Mammadova, E.S. Petkucheva, E.P. Slavcheva, A.Sh. Aliyev, D. B. Tagiyev. Co-electrodeposition of iron and sulfur in aqueous and non-aqueous electrolytes. Bulgarian Chemical Communications, 2020, Volume 52 Special Issue E pp. 73 – 78

JURNALLAR
Faydalı linklər