Xəbərlər
Yüksək Texnologiyalar Parkının rezidentlərinin məhsullarına baxış keçirilib
Avg 21, 2020 | 15:00 / Mühüm hadisələr
Oxunub 1618 dəfə

AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru Vasif Abbasov qurumun ərazisində fəaliyyət göstərən rezident statusu almış istehsal müəssisələrinin iş şəraiti, texniki potensialı, istehsal sahələri və hazır məhsulları ilə yerində tanış olub.

“AMEA Təcrübə-Sənaye Zavodu” MMC, “Elm və Texnologiya Parkı” MMC, “DN Technologies” MMC, “İNKOR” MMC və “Azeltech” MMC-nin nümayəndələri YT Parkın rəhbərliyinə görülən işlər, avadanlıqlar və hazır məhsullar haqqında məlumat veriblər.

Vasif Abbasov mövcud vəziyyəti müsbət qiymətləndirib, nöqsan və çatışmazlıqların aradan qaldırılması, müasir tipli istehsalat sahəsinin yaradılması və istehsal səmərəliliyinin artırılması istiqamətində rezidentlərə öz tövsiyələrini bildirib.

JURNALLAR
Faydalı linklər