Xəbərlər
Övladlarını məktəbə göndərmək istəməyən valideynlərlə razılaşma protokolu imzalanacaq
Avg 18, 2020 | 14:17 / Maraqlı məlumatlar
Oxunub 1609 dəfə

Bir sıra valideynlər var ki, pandemiyadan qorxuya düşüb, uşaqlarını məktəbə göndərmək istəməyəcəklər. Belə valideynlərlə xüsusi razılaşma protokolumuz olacaq.

AZƏRTAC xəbər verir ki, bunu yeni tədris ilinə hazırlıqla bağlı canlı yayımda Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

O bildirib ki, valideyn məlumatlandırılacaq ki, minimum birinci yarım il ərzində şagird valideynin nəzarəti altında həm teledərslərə baxmalı, həm məktəbin təşkil etdiyi “virtual dərslər”də iştirak etməlidir. Mütəmadi olaraq məktəbdə keçirilən seyrək cədvəllə də olsa, kiçik və böyük summativ qiymətləndirmələrdə gəlib iştirak etməlidir ki, uşağın birinci yarım il üzrə attestasiyası nəzərə alınsın. Bir qrup valideynin uşağını məktəbə göndərməyəcəyini də nəzərə alsaq, şagird sıxlığını azalda biləcəyik”.

JURNALLAR
Faydalı linklər