Xəbərlər
Tibbi maskalardan istifadə COVID-19-un yayılmasını nəzarət edilə biləcək səviyyəyə çəkə bilər.
Avg 08, 2020 | 17:00 / Maraqlı məlumatlar
Oxunub 2208 dəfə

Kembric və Qrinviç Universitetlərinin apardığı araşdırmanın yekununda bildirilib.

Araşdırma komandasının üzvü Riçard Statt sosial məsafə və küçəyə çıxma qadağası ilə birgə tibbi maskadan istifadənin COVID-19-a qarşı peyvənd tapılana qədər iqtisadi fəaliyyətə icazə və pandemiyanı idarəetmədə məqbul metod ola biləcəyini deyib.

Araşdırmaçıların gəldiyi nəticəyə görə, insanların hər küçəyə çıxanda maska taxması simptomlar büruzə verdikdən sonra taxmasına nisbətən ikiqat daha effektiv təsir bağışlayır.

Araşdırma məqaləsi "Proceedings of the Royal Society A" dərgisində yayımlanıb.

JURNALLAR
Faydalı linklər