Xəbərlər
Foto
AMEA-da gənc alimlər üçün onlayn seminar keçirilib
İyl 30, 2020 | 18:43 / Konfranslar, iclaslar
Oxunub 3097 dəfə

İyulun 30-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin, eləcə də AMEA Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə onlayn seminar təşkil olunub.

“Pandemiya dövründə gənc alimlərin üzləşdiyi problemlər, onların həlli yolları və ölkənin ictimai-siyasi həyatında baş verən proseslərə gənc alimlərin baxışı” mövzusunda seminar “Zoom” platforması üzərindən keçirilib. Tədbirə AMEA-nın akademik-katibi, akademiyanın müxbir üzvü Əminağa Sadıqov moderatorluq edib.

Onlayn seminara AMEA-nın elmi müəssisələrində çalışan, eləcə də xaricdə (ABŞ, Rusiya, İngiltərə, Belçika, Fransa, Almaniya, Çin, Polşa) təhsil alan azərbaycanlı gənc alim və mütəxəssislər, doktorantlar qatılmışdır.

Seminara KQKİ-nin əməkdaşlarından AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, k.ü.f.d, dosent Məmmədov Faiq və şuranın əməkdaşı e.i. Məmmədov Vilayət qatılmışdır.

.

JURNALLAR
Faydalı linklər