Xəbərlər
Yüksək Texnologiyalar Parkının Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib
İyl 29, 2020 | 14:45 / Mühüm hadisələr
Oxunub 2425 dəfə

AMEA Rəyasət Heyətinin 16 iyul 2020-ci il tarixli qərarı ilə “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib.

Qərara əsasən, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Müşahidə Şurasının sədri, AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov Müşahidə Şurasının katibi təyin edilib.

Yeni qərarda şuranın üzvləri siyahısında AMEA-nın vitse-prezidentləri, akademiklər Rasim Əliquliyev və İradə Hüseynova, eləcə də Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev də yer alıb.

JURNALLAR
Faydalı linklər