Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşının həmmüəllif olduğu məqalə “Web of Science” bazasında indeksləşən jurnalda dərc olunub.
İyl 27, 2020 | 12:00 / Yeni nəşrlər
Oxunub 122 dəfə

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun  əməkdaşının həmmüəllif olduğu  “MnGaInSе4 monokristalının dəyişən sahədə elektrikkeçiriciliyi ” adlı elmi məqalə “Web of Science” bazasında indeksləşən,  İsveçrədə “Springer Nature Switzerland” nəşriyyatının

Technical Physics Letters” jurnalında dərc olunub. Məqalə  müasir elektrotexnika üçün perspektivli maqnit materialı sayıla bilən   MnGaInSе4  monokristalının fiziki xassələrinin, o cümlədən elektrikkeçiriciliyinin temperaturdan və tezlikdən asılılığı, aktivləşmə enerjisinin təyinini əhatə etməklə materialşunaslığın  müasir problemlərinə həsr olunmuşdur.

N.N. Niftiev ,F.M. Mammdov, М.B. Мuradov.  AC Electrical Conductivity of MnGaInSe4 single crystals  //Technical Physics Letters, 2020, V.46, pp. 536-539. Springer Nature Switzerland AG 2020.    https://link.springer.com/article/10.1134/S1063785020060103

JURNALLAR
Faydalı linklər