Xəbərlər
Uşaqların insan alverinə məruz qalması riskləri ilə bağlı elmi və sosial tədqiqatlar aparılacaq
İyl 24, 2020 | 11:56 / Konfranslar, iclaslar
Oxunub 92 dəfə

Azərbaycan Respublikasında insan alveri probleminin xüsusiyyətləri, insan alveri və məcburi əməklə mübarizədə görülən işlər, uşaqların insan alverinə məruz qalması riskləri və digər əlaqədar istiqamətlərdə elmi və sosial tədqiqatlar aparılacaq. Bu sahədə fəaliyyətə dövlət dəstəyi təmin olunacaq.

Bu, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının Tədbirlər Planında öz əksini tapıb.

Tədbirlər Planına əsasən, bu istiqamətdə aparılan işlərə Azərbaycan Milli Elmlər Akademiyası, ali təhsil müəssisələri də cəlb olunacaq.

 

www.science.gov.az

JURNALLAR
Faydalı linklər