Xəbərlər
20 dəqiqə ərzində cavabı məlum olan koronavirus testi hazırlanıb
İyl 20, 2020 | 15:03 / Maraqlı məlumatlar
Oxunub 2324 dəfə

Avstraliyada 20 dəqiqə ərzində cavabı çıxan koronavirus testi hazırlanıb.

www.biospace.com resursu xəbər verir ki, Monash Universitetinin alimləri testin aparılması üçün 25 ml qan nümunəsi lazım olduğunu bildirib.

Məlumata görə, bu testlə analiz götürülən şəxsin koronavirus xəstəsi olub-olmadığı və ya qısa müddət öncə bu xəstəliyi keçirib-keçirmədiyi müəyyənləşəcək.

Test antikorların antigenlərlə bağlanmasına əsaslanır.

Qeyd edilib ki, bundan koronavirusa qarşı vaksinin cavabını müəyyənləşdirməkdə də istifadə ediləcək.

JURNALLAR
Faydalı linklər