Xəbərlər
Alimlər baş beyinin uyğunlaşmağa məsul olan hüceyrələrini müəyyənləşdiriblər
İyl 20, 2020 | 12:00 / Maraqlı məlumatlar
Oxunub 2281 dəfə

İnsan beynində olan 89 milyard sinir hüceyrəsinin yalnız cüzi bir hissəsi şəxsin dəyişən vəziyyətlərə uyğunlaşmaq imkanını təmin etməyə qadirdir. İnsanın koqnitiv bacarıqlarına məsul olan neyronların baş beyinin mürəkkəb strukturunda yerləşdiyi yer aşkarlandığı halda onlar təkcə sağlam insanlara öz intellektual imkanlarını artırmağa deyil, həm də psixi xəstəliklərin adekvat müalicə metodlarınının axtarışını xeyli asanlaşdırmağa kömək edir. ABŞ-ın Tennessi ştatında yerləşən Vanderbilt Universitetinin tədqiqatçıları baş beyin neyronlarının rəqəmsal tədqiqatlarının son nailiyyətlərinə istinad edərək bu qənaətə gəliblər. Tədqiqatçılar öz kəşflərinin nəticələrini ABŞ Milli Elmlər Akademiyasının PNAS jurnalında dərc etdiriblər.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, məqalədə insan beyininin, xüsusən onun qabığının uzun müddət təkamül dəyişikliyinə məruz qaldığı qeyd edilir. Bildirilir ki, bu orqanın strukturunda inkişaf dəyişiklikləri ilə yanaşı, insanın dəyişən həyat şəraitinə tez uyğunlaşması bacarığı da artıb. Bununla belə istənilən mənfi təsir koqnitiv bacarıqları zəiflədib və “homo sapiens” tərəfindən əldə olunmuş vərdişlərin itirilməsinə gətirib çıxarıb.

Mütəxəssislər qeyd edirlər ki, baş beyinin məlum qabıq nahiyəsində fəallıq azaldığı halda həm psixi, həm də nevroloji xəstəliklər ağır keçir və onlarda aparılan müalicənin təsiri daha az olur.

Aşkar olunan hüceyrələr özlüyündə beyin qabğının işini aktivləşdirən “dəyişdirici açar” rolunu oynayır.

Vanderbilt Universitetinin Psixologiya və informatika kafedrasının dosenti, layihənin rəhbəri Tilo Vomelsdorf yazır: “Bu hüceyrələr qıcıqlandırıcını dəf etməkda, ona cavab vermək üçün ən yaxşı yollarda beyinin bütün qüvvəsini işə salan tumbler rolunu oynayır. Onlar olmadığı halda enerjinin çoxu beyinə mənfi təsirlərin qarşısının alınmasına yönəlir”.

T.Vomelsdorf əmindir ki, beyinin ən aktiv neyronlarını ayırmaq və onlara təsir imkanı yeni hipotezə yol açır. Məsələn, tədqiqatçıların məlumatına görə, beyində musiqi alətində çalmağa məsul olan sinir hüceyrələri adoptogen neyronları ilə yanaşı yerləşir. Sonuncuların yerini bilmək hər hansı psixi xəstəliyin müalicəsini tezliklə seçməyə kömək edər. Kortikal təbəqədən aşağıda baza qanqlisi səviyyəsndə yerləşmiş sinir hüceyrələrini tədqiqatçılar insanın koqnitiv bacarıqlarına məsul hesab edirlər. Bu hüceyrə qrupu real məişət vəziyyətinin kompüterlə imitasiya olunması zamanı bioaktivliyin ölçülməsi vasitəsilə müəyyən edilib. Alimlərə Kanadanın Ontario əyalətində York Universiteti Görmə Tədqiqatı mərkəzindən həmkarlar da kömək ediblər. Belə ki, onlar beyinin qeyd edilən nahiyələrində fəallığı izləməyə imkan verən simulyativ vasitə hazırlayıblar.

Alimlər öz metodlarından istifadə edərək görmə obrazlar fonunda hüceyrələrin fəallığını ölçən zaman məlum olub ki, əgər sınaqdan keçən şəxs tapşırığı yerinə yetirə bilirdisə, fəallıq azalırdı, yox əgər, çətinliklə qarşılaşırdısa, hüceyrə fəallığı artırdı.

Vomelsdorfun laboratoriyasının əməkdaşı Kianuş Banai Borouşeni deyib: “Aşkar etdiyimiz neyronlar, görünür ki, çətinliyi aradan qaldırmaqda, habelə yeni daxil olan informasiya siqnallarını gücləndirməkdə digər neyron zəncirlərinə kömək edir”.

Vanderbilt Universitetinin farmakologiya üzrə professoru Liza Monteca vurğulayıb: “Neyrobiologiyada inqilab olacaq. Alimlər bu neyronların yerini bilən zaman molekulyar və genetik alətlərin köməyilə sinir hüceyrələrini idarə etmək üçün texnologiyalardan istifadə etmək imkanları işə salına bilər. Düşünürəm ki, Vomelsdorfun laboratoriyası bizə bu imkanı verir”.

JURNALLAR
Faydalı linklər