Xəbərlər
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 8 milyona çatır
İyn 17, 2020 | 09:38 / Mühüm hadisələr
Oxunub 2480 dəfə

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 8 milyon nəfərə çatır.

İyunun 16-sı saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 118 502 nəfər yeni koronavirusa yoluxub, 3 255 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 7 941 791, ölənlərin isə 434 796 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 3 841 609 yoluxma və 203 574 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 434 184, ölənlərin sayı isə 188 779 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 796 759 yoluxma və 17 558 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

trend.az

JURNALLAR
Faydalı linklər